İsraildə ŞOK HADİSƏ: 6 fələstənli həbsxanadan qaçdı - Təhlükəsizlik qüvvələri 72 saatdır çarəsiz durumda

  • 11:11 - 09 Sentyabr

İşğal altında saxladığı Fələstin torpaqlarını daim ağır təzyiq altında və müşahidə altında saxlayan İsrailin üzərindən 72 saat keçməsinə baxmayaraq, həbsxanadan qaçan 6 fələstənlini tapa bilməməsi danışılır.

Avropa.info xəbər verir ki, ölkənin ən yüksək təhlükəsizlik həbsxanalarından biri olan Gilboadan qaçan 6 fələstinli məhbusun qaçması ilə nüfuzunda ciddi zərbə dəyən İsrail təhlükəsizlik qüvvələri qaçan dustaqları tapmaq üçün əllərində olan bütün vasitələri səfərbər edib. 

Aradan 72 saat keçməsinə baxmayaraq, hələ də qaçaq fələstinlilərdən əsər -əlamət tapmayan İsrai dövləti heyrətə düşüb. Bütün hərbi gücünə və kəşfiyyat şəbəkəsinə baxmayaraq, başladıqları genişmiqyaslı əməliyyatdan heç bir nəticə əldə edə bilməyən İsrail təhlükəsizlik qüvvələri həbsxanadan qaçan məhbusların 5 qohumunu və Naoura kəndindən 3 gənci hadisə ilə əlaqəli ola biləcəkləri şübhəsi ilə həbs edib. Qəzəblənmiş təhlükəsizlik qüvvələrinin hazırda həbsdə olan məhbuslara qarşı zorakılıq və işgəncələr verməsi ilə bağlı narahatlıqlar var.

İsrail polisi, daxili təhlükəsizlik xidməti Shin Bet, Xüsusi Təyinatlı Qüvvələr, ordu və sərhəd polisinin qatıldığı əməliyyat çərçivəsində ölkə daxilində təxminən 200 barrikada qurulub, 730 vasitə patrul xidmətindədir. Axtarışlarda pilotsuz uçuş aparatları, qabaqcıl texnologiya izləmə sistemləri və sensorlar istifadə olunur. İsrail mətbuatının yazdığına görə, belə bir əhatəli əməliyyat uzun müddət ərzində ilk dəfə həyata keçirilib.

İsrail polisi İordan çayının qərb sahilindəki Cenin şəhərindəki Ya'bad və Ərraba qəsəbələrinə basqın edərək məhkumların 5 qohumunu həbs edib. Daha əvvəl həbsxananın yaxınlığındakı Naoura kəndindən olan 3 gənc hadisəyə bağlı ola biləcəyi səbəbiylə həbs edilmişdi. Qaçışın baş verdiyi 6 sentyabrdan etibarən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, xüsusən Cenin şəhərinə basqın edən təhlükəsizlik qüvvələrinin evlərin və iş yerlərinin bütün təhlükəsizlik kamerası qeydlərini ələ keçirdikləri bildirilir. Həbsxanadan 20 kilometr uzaqda olmayan bəzi məhkumların İordaniyaya keçmə ehtimalı nəzərdən keçirilir.

Qaçan məhbuslardan 5 -nin aid olduğu İslami Cihad Hərəkatından İsrailə xəbərdarlıq edilib. Hərəkatın hərbi qanadı Yerusəlim Seriyyes, İsraili həbsxanalarda Fələstinlilərə zərər verməmək və qisas almamaq barədə xəbərdar edib. "İsrailin əsirlərə qarşı təcavüzünü davam etdirməsinə icazə verməyəcəyik və əsir qardaşlarımızı heç vaxt tək qoymayacağıq" deyilən açıqlamada, "qaçan məhbusları qorumaq və müdafiə etmək üçün bir an belə tərəddüd etməyəcəyik" deyilir. Digər tərəfdən, İslami Cihad döyüşçüləri qaçandan sonra gərginliyin artdığı Cenin qaçqın düşərgəsinə girəcəkləri təqdirdə İsrail qüvvələri ilə döyüşəcəklərini söyləyərək, bu ərazilərdən uzaq durmaları barədə xəbərdarlıq edib.


Oxunma sayı: 3026

Oxşar yazılar