Ərdoğan Azərbaycan səfiri ilə görüşəcək

  • 13:06 - 09 Sentyabr

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.


Oxunma sayı: 1563

Oxşar yazılar