COVID xəstəxanasında güclü yanğın - AZI 10 NƏFƏR ÖLDÜ

  • 10:35 - 09 Sentyabr

Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın nəticəsində azı 10 nəfər ölüb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe şəxsi “Twitter” səhifəsində yazıb.

“Hazırda yanğında 10 nəfərin öldüyü təsdiqlənib, lakin bu rəqəm arta bilər”, - deyə Filipçe bildirib. Nazir, həmçinin ölənlərin ailələrinə başsağlığı verib.

Bundan bir qədər əvvəl Filipçe bildirmişdi ki, “yanğın artıq söndürülüb, zərərçəkənlərə yardım göstərmək üçün bütün təcili tibbi yardım qrupları səfərbər edilib”.


Oxunma sayı: 4214

Oxşar yazılar