"Biz qıpçaq türkləriyik, Atillanın nəvələriyik" deyən Avropa Birliyi ölkəsinin liderini devirmək üçün hərəkətə keçdilər... - Qərbin dəstəyi ilə

  • 22:58 - 08 Sentyabr

Macarıstanda Qərb dəstəkli 6 müxalifət partiyası 10 ildir iqtidarda olan baş nazir Viktor Orban hökumətini devirmək üçün anlaşıb.

Avropa.info xəbər verir ki, Qərb dəstəkli müxalifət partiyaları gələn il keçiriləcək seçkilərdə Orbanı məğlub etmək üçün vahid namizəd irəli sürməyə razılıq veriblər.

2010 -cu ildən bəri baş nazir kürsüsündə olan Orban, ardıcıl üç seçkidə qalib gəlib.

Qeyd edək ki, 28 üzvdən ibarət Avropa Birliyinin "Barış Pınarı" əməliyyatı öncəsi Türkiyə qarşı hazırladığı bəyanata Macarıstan baş naziri Orban imza atmamış və veto qoymuşdu.

Bundan öncə isə Orban bir çıxışında macarların türk kökənli olduğunu bildirmişdi. 

"Biz macar dilində danışırıq. Bu, türk dili ilə əlaqəsi olan bənzərsiz bir dildir. Xristian dinini qəbul etdik, ancaq qıpçaq-türk prinsipləri ilə yaşayırıq. Atillanın nəslindən olmağımızdan şərəf duyuruq. Bizlər türk mənşəliyik",-deyə Viktor Orban qeyd etmişdi. 

Xatırladaq ki, Macarıstan Türk Birliyinin müşahidəçi üzvüdür və Orban türk dövlətlərinin Bakıda keçirilən sammitinə də qatılıb.


Oxunma sayı: 13993

Oxşar yazılar