Türkiyə Prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarını Ankarada qəbul edib

  • 21:42 - 08 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandini qəbul edib.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirlib ki, Ankarada Türkiyə PA-da keçirilən görüş yarım saat çəkib.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı sentyabrın 7-dən Türkiyədədir və F.Qrandi beynəlxalq aləmin əsas gündəmi olan miqrantlar məsələsilə bağlı Hatay və Qaziantep vilayətlərinə də səfər edərək bu mövzuda araşdırmalar aparacaq.(apa)


Oxunma sayı: 5732

Oxşar yazılar