Faciəvi şəkildə həlak olan fövqəladə hallar nazirinin həmin təlimdən son görüntüləri - FOTOlar

  • 18:19 - 08 Sentyabr

Xəbər verdiyimiz kimi, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev həlak olub.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

55 yaşlı nazir təlim zamanı xidməti vəzifəsini icra edərkən həlak olub. 

Yevgeni Ziniçyev təlim zamanı uçurumun kənarından sürüşən çəkiliş qrupunun əməkdaşını xilas etməyə cəhd edərkən özü də yıxılaraq həlak olub. Çəkiliş qrupunun əməkdaşını da xilas etmək mümkün olmayıb.

Y. Ziniçyev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Faciəvi şəkildə həlak olan fövqəladə hallar nazirinin həmin təlimdən son görüntülərini təqdim edirik: 

 

 

 


Oxunma sayı: 6205

Oxşar yazılar