TƏBİB rəhbərliyi Milli Məclisə çağırılacaq

  • 16:51 - 08 Sentyabr

Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

Avropa.info xəbər verir ki, bunu “report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.


Oxunma sayı: 3642

Oxşar yazılar