Müəmmər Qəddafinin oğlu azadlığa buraxıldı - 2 il öncə haqqında bəraət qərarı verilmişdi

  • 01:01 - 07 Sentyabr

Liviya hökuməti devrilmiş prezident Müəmmər Qəddafinin oğlu Sadi Qəddafini azadlığa buraxıb. 

Avropa.info xəbər verir ki, BMT Liviya hökümətinin bu qərarını hüququn üstünlüyü və milli barış üçün mühüm addım adlandırıb.

Qeyd edək ki, 48 yaşlı Sadi Qəddafi 7 ildir həbsdəydi. Onunla birlikdə Müəmmər Qəddafinin sözçüsü Əhməd Ramazan və daha 6 nəfər azadlığa buraxılıb. Sadi Qəddafi haqqında 2019-cu ildə məhkəmə tərəfindən bəraət qərarı verilməsinə baxmayaraq, o, həbsdə saxlanılırdı. 

Oğul Qəddafi 2011 -ci ildə rejimin süqutundan sonra Nigerə qaçmışdı, lakin 2014 -cü ildə Liviya hakimiyyətinin təşəbbüsləri nəticəsindəmühakimə olunmaq üçün Liviyaya gətirilmişdi. 


Oxunma sayı: 5006

Oxşar yazılar