Təbrizdə kimyəvi müəssisədə partlayış olub, 20 nəfər yaralanıb

  • 20:20 - 06 Sentyabr

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində kimyəvi məhsullar istehsal edən emalatxanada baş verən partlayış nəticəsində 20 nəfər yaralanıb.

Bunu Şərqi Azərbaycan əyaləti fövqəladə hallar idarəsinin sözçüsü Vahid Şadniya bildirib.

Onun sözlərinə görə, hadisə sentyabrın 6-da kimyəvi məhsullar istehsal edən emalatxanada baş verib.

Partlayışın səbəbi barədə məlumat yayılmayıb.(report)


Oxunma sayı: 2531

Oxşar yazılar