Erməni cərrahın müharibə etirafları: "Hər gün sonsuz sayda yaralı görürdüm"

  • 14:53 - 06 Sentyabr

İkinci Qarabağ müharibəsinin başa çatmasında 10 ay keçsə də, ağır məğlubiyyətlə üzləşən Ermənistan hələ də böhrandan çıxa bilmir. Müharibə dövründə dezinformasiya maşınını işə salan rəsmi İrəvan sonradan nəinki işğalda saxladıqları torpaqlardan qaçdıqlarını, ağır itkilərlə üzləşmələrini belə gizlədə bilmədi. Bu gün də erməni cəmiyyəti sayı hesabı bilinməyən itki, ordunun döyüşlər zamanı darmadağın olması ilə bağlı yeni məlumatlarla qarşılaşır.

Məsələn, erməni reanimatoloq Hovsep Ovannisyan yerli mediaya verdiyi müsahibədə müharibə ilə bağlı acı xatirələrini paylaşarkən döyüşlərin onlar üçün dəhşətli mənzərələr yaratdığını deyib. Avropa.info azvision.az-a istinadən yaralıların sayını hesablamağa belə vaxtı olmadığını deyən erməni cərrahın xatirələrindən maraqlı məqamları təqdim edir:

“Hər gün bizim üçün çətin idi. Hər gün sonsuz sayda yaralı görürdüm. Onları saymağa belə vaxt yox idi. Heç bunu etmək mümkün də deyildi. Həddindən artıq yüklənir və çox çalışırdıq. Hər kəsin həyatı üçün mübarizə apardıq. Xeyli simaları, bir çox hekayələri xatırlayıram. Xəstələrimin adlarını yazmışdım ki, müharibədən sonra onların necə olduqlarını öyrənim, axtarıb tapım. Bir xəstəm sonradan ölmüşdü".

Məqalədə qeyd edilir ki, kapitulyasiya aktının bağlanmasından 10 ay sonra müharibə cəhənnəmindən keçən həkim hələ də İrəvandakı Yerablur hərbi panteonunu ziyarət etməyə hazır deyil. Çünki cərrah qəbir daşlarına, xilas edə bilmədiyi və ya xəstəxanaya çox gec çatdırılan saysız əsgərlərin şəkillərinə baxa bilmir.

Hovsep jurnalistə həmin günlərdə gördüklərinin hamısını təfərrüatı ilə danışmaq istəməyib. O hazırlıqsız bir insanın ağ xələtlilərin gördüklərini təsəvvür etməsini, dinləməsinin çətin məsələ olduğunu söyləyib.

Həkim ordumuzun döyüşlərdə məhv etdiyi yüzlərlə erməni əsgəri arasından təsadüfən sağ qalan əsgərlə bağlı xatirəsini isə möcüzə adlandırıb.

"Yalnız təsadüfən şahidi olduğum bir epizoddan bəhs edim ki, əsgərlərdən biri qardaşının artıq öldüyünü anlamayaraq onu qana bulaşmış çörəklə yedirtməyə çalışırdı. Əlbəttə ki, möcüzələr də baş verirdi. Müharibənin dayanmasının elan edilməsindən sonra səhər saatlarında hər kəs məyus olmuşdu. Birdən bir yaralı gətirildi. Onu meyitlərin arasından tapmışdılar və artıq öldüyünü zənn ediblər. Uzun müddət tibbi yardımsız qalan əsgərin xilası inanılmaz bir şey idi"- Ovanisyan deyib.


Oxunma sayı: 3158

Oxşar yazılar