Bu həftə Milli Məclisin komitə iclasları başlayır

  • 11:02 - 06 Sentyabr

Bu həftə Milli Məclisin komitə iclasları başlayır. 

Avropa.info xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək. Gündəliyə 2 məsələ daxil edilib. 

Bunlar komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi və Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

Komitənin işlər planına iki yeni qanun layihəsi daxil edilib. Bunlar “Ali təhsil haqqında ” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsidir. Bundan əlavə, işlər planına komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması, komitədə müzakirəsinə dair məsələlərdir.


Oxunma sayı: 3279

Oxşar yazılar