Misirdə avtobus aşıb - Ölənlər və yaralananlar var

  • 19:30 - 05 Sentyabr

Misirin Şarm Əl-Şeyx kurort şəhərindən paytaxt Qahirəyə hərəkət edən avtobusun aşması nəticəsində azı 8 sərnişinin həlak olduğu, 38 nəfərin isə yaralandığı bildirilir. Ağır yol qəzası barədə xəbəri “Əl Əhram” qəzeti yayıb.

Avropa.info xəbər verir ki, bazar günü daxili turistləri Şarm Əl-Şeyxdən paytaxta aparan avtobus Qahirə-Süveyş magistral yolunda qəzaya uğrayıb. Hadisə yerinə 30 təcili tibbi yardım briqadası göndərilib. Yaralılar Süveyş Mərkəzi Xəstəxanasına çatdırılıb.

Süveyş vilayətinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb.


Oxunma sayı: 2520

Oxşar yazılar