Emənilər azərbaycanlı əsirlərdən donor kimi istifadə ediblər

  • 11:30 - 30 Avqust

“29 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir. Sağlam yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə ediblər".

Avropa.info xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib. birinci Qarabağ müharibəsində digər diqqətçəkən faktlardan biri də ermənilərin yeniyetmə və gəncləri ailələrindən ayıraraq naməlum yerə aparmasıdır:

"Girov götürüldükdən sonra onlar əvvəlcə Xankəndi şəhərinə, daha sonra naməlum istiqamətə aparılan 9 nəfərin taleyi məlum deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib. Sonradan onların 17-si saxlandığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə çərçivə sazişi üzərində iş davam edir. Sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək”.


Oxunma sayı: 1772

Oxşar yazılar