Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq - Almaniyanın XİN rəhbəri

  • 00:02 - 30 Avqust

Almaniya Kabildəki beynəlxalq hava limanının fəaliyyətinə töhfə verməyə hazırdır.

Bunu Almaniyanın xarici işlər naziri Heyko Maas türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.

Maas öz "Twitter" səhifəsində yazıb: "Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq. Almaniya həm maliyyə, həm də texniki baxımdan əlavə dəstək verməyə hazırdır".(trend)


Oxunma sayı: 1651

Oxşar yazılar