“Taliban” liderləri yeni əfqan hökuməti barədə danışıqlarda iştirak edirlər

  • 20:24 - 29 Avqust

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının liderləri molla Heybətulla Axundzadə və molla Əbdül Qani Bəradar yeni əfqan hökuməti barədə Qəndəhar əyalətində aparılan danışıqlarda iştirak edirlər.

Avropa.info xəbər verir ki, Qəndəharda aparıcı əfqan siyasətçiləri, habelə qəbilələrin və müxtəlif etnik qrupların liderləri ilə Əfqanıstanda yeni hökumətin strukturuna dair məsləhətləşmələr aparılır. Danışıqlara “Taliban” hərəkatının digər nüfuzlu üzvləri də qatılıb.

Yerli The Khaama Press agentliyinin bu ərəfədə yaydığı məlumata görə, hərəkatın nümayəndəsi Zəbihulla Mücahid yeni hökumətin formalaşdırılması prosesinin iki həftə ərzində yekunlaşa biləcəyini deyib.


Oxunma sayı: 2619

Oxşar yazılar