"Türkiyənin müsbət siqnallarına müsbət siqnallarla cavab verəcəyik" - Paşinyan hökumət iclasında bəyan etdi

  • 14:10 - 27 Avqust

"Türkiyədən bəzi müsbət siqnallar alırıq. Bu siqnalları dəyərləndirəcəyik və müsbət siqnallara cavab verəcəyik."

Avropa.info xəbər verir ki, bunu Ermənistan hökumətinin toplantısında baş nazir Nikol Paşinyan deyib. 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də etdiyi açıqlamada Ermənistanı konstruktiv müzakirələrə çağırmışdı. 

"Dağlıq Qarabağdakı işğalın başa çatması ilə birlikdə bölgəmizdə davamlı sülh adına yeni bir fürsət pəncərəsinin açıldığını, Ermənistanın bunu dəyərləndirəcəyi təqdirdə, bizim də lazım olanı edəcəyimizi ifadə etdik", deyə Ərdoğan qeyd etmişdi.  


Oxunma sayı: 3279

Oxşar yazılar