Rəsmi Bakı İrəvandan tələb etdi - Bu yol açılsın!

  • 12:09 - 27 Avqust

Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə danışıqlar davam edir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Gorus-Qafan yolunun bağlanmasına görə Bakı ilə Yerevan arasında Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar aparılır.

Danışıqlar zamanı Azərbaycan tərəfinin Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir.

Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürüb.


Oxunma sayı: 2531

Oxşar yazılar