Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bağladı – Ermənistanı İranla birləşdirən yol QAPANDI

  • 12:54 - 26 Avqust

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Avropa.info-nun məlumatına görə, Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnuxu hissəsini bağlayıb. Yolun açılması və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, avqustun 25-də gündüz saatlarında iki erməni hərbiçisi Azərbaycan sərhədçisi Ruslan Şirəliyevə hücum edib və onu süngü-bıçaqla yaralayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə Qoris-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən hissəsində baş verib. Bundan sonra Azərbaycan tərəfi bu təxribata adekvat cavab veriləcəyini bəyan edib.


Oxunma sayı: 16270

Oxşar yazılar