Kinoteatr və teatrlarla bağlı Operativ Qərargahdan açıqlama

  • 16:46 - 20 Avqust

Kinoteatr və teatrlarların fəaliyyətinin bərpa olunması ilə bağlı gələcəkdə epidemioloji vəziyyət nəzərə alınmaqla qərar verilə bilər.

Avropa.info bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu sahələr də uzun müddətdir ki, bağlı qalan sahələrdəndir. Əgər epidemioloji vəziyyət sabitləşərsə, bu sahələrin də müəyyən qaydalar çərçivəsində bərpası müzakirə oluna bilər.


Oxunma sayı: 5985

Oxşar yazılar