Marketlərə və metroya daxil olarkən COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ AÇIQLAMA

  • 14:52 - 20 Avqust

Xırda tutumlu marketlərə daxil olarkən COVID-19 pasportu tələb olunmur. Yalnız ticarət və ictimai iaşə obyektlərinə daxil olarkən COVID-19 pasportu mütləqdir.

Avropa.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir.

“Sentyabrın birindən birinci doza, oktyabrın birindən ikinci doza ilə bağlı normalar onu göstərir ki, vətəndaş ölkədə sərbəst hərəkət etmək istəyirsə, vaksinasiyadan keçməlidir.

Vaksin olunan vətəndaş məhdudiyyətlərlə qarşılaşmır. Bu həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmaqdan qoruyur. Metroda indiki vəziyyətə görə vəziyyət sabitdir. Metroya giriş üçün vaksinasiya tələb olunmur”, - deyə Elşad Hacıyev bildirib.


Oxunma sayı: 3752

Oxşar yazılar