Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açılıb

  • 22:14 - 12 Avqust

Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviarays açılıb.

Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

Xatırladaq ki, IRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.


Oxunma sayı: 6744

Oxşar yazılar