Narkotiki alan da, "kuryer" də saxlanıldı: GÖZLƏNİLMƏZ AN

  • 17:55 - 12 Avqust

Cəlilabadda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quluzadəyə məxsus “Ford” markalı avtomobilə baxış keçirilib.

Bu zamanı oradan 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə H.Quluzadənin narkotik vasitələri T.Babayevə çatdırmalı olduğunu müəyyən edilib.

Keçirilən tədbirlərlə T.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və marixuana aşkarlanıb.


Oxunma sayı: 2960

Oxşar yazılar