Sosial şəbəkələrdə narkotik vasitə qəbul etməsinə dair görüntüləri yayılan şəxs tutulub

  • 20:40 - 10 Avqust

Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri polis tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin və 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Abşeron rayon sakini, 1978-ci il təvəllüdlü Emil Dadaşov olduğu müəyyənləşdirilib və saxlanılıb.
Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib. Onun üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 3191

Oxşar yazılar