Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb -FOTO

  • 13:13 - 10 Avqust

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Avropa.info-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çay qutusunun içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə - tiryək aşkar edilib.


Oxunma sayı: 3191

Oxşar yazılar