Şabranda maşın kanala aşıb

  • 09:10 - 10 Avqust

Bu barədə Avropa.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 3389

Oxşar yazılar