Ucar sakini su kanalında boğuldu

  • 23:09 - 09 Avqust

Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Onun meyiti sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3543

Oxşar yazılar