Qadın özünü binadan atdı

  • 23:06 - 09 Avqust

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən “Akkord” kompleksində qeydə alınıb.

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib. İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3191

Oxşar yazılar