Oğuzda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var -FOTO VİDEO

  • 22:50 - 09 Avqust

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qumlaq-Xalxal avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-BY-294 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı zərbənin gücündən avtomobilin mühərriki qoparaq yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Şirvanlı kənd sakini, 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun idarə etdiyi 99-BY-294 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində – sürücü, habelə onun kəndliləri olan sərnişinlər: 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu, 1984-cü il təvəllüdlü Çələbiyev Əhməd Vəlyəddin oğlu xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Ə.Çələbiyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə axşam saatlarında Qumlaq-Xalxal avtomobil yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı zərbənin gücündən avtomobilin mühərriki qoparaq yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4786

Oxşar yazılar