Azərbaycanda "BİZON" alıb içən vətəndaş şok oldu -İÇKİNİN İÇİNDƏN ŞÜŞƏ ÇIXDI : "Yaxında ölsəm, səbəbi "BİZON"dur" (FOTOFAKT)

  • 11:09 - 09 Avqust

Azərbaycanda satılan "BİZON" energetik içkisinin içərisindən şüşə çıxıb.

Avropa.info xəbər verir ki, bu haqda gənc yazıçı Elşad Barat öz sosial media hesabında yazıb. Barat "BİZON"un içərisindən çıxan şüənin şəkilini paylaşaraq yazıb:

"Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Yaxında ölüb eləsəm, səbəbi Bizondur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, 3 manat telefona ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?"

Bir 1 kişi, ayakta, içecek ve açık hava görseli olabilir

Qeyd edək ki, bir müddət bundan öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "BİZON"un əslində energetik içki olmadığını, istehlakçıların aldadıldığını açıqlamışdı.

Avropa.info


Oxunma sayı: 9296

Oxşar yazılar