Türkiyədəki yanğınlarla bağlı SON VƏZİYYƏT

  • 13:53 - 02 Avqust

Türkiyənin Manavgat və Marmaris Hisarönü bölgələrində davam edən yanğınlarda bir çox ərazilərdə yanğınlar nəzarət altına alınıb.

Avropa.info xəbər verir ki, yaşayış məntəqələrinə yönəlmiş yanğınlarda vətəndaşlar evakuasiya olunub. 

Havadan və qurudan yanğın söndürmə işləri intensiv şəkildə davam edir. Meşəçilik Ümumi Müdirliyi son 6 gündə 35 ildə 130 yanğının nəzarət altına alındığını açıqlayıb. 

Kənd təsərrüfatı və meşə Naziri Bəkir Pakdemirli 28 İyuldan bəri davam edən yanğın söndürmə işləri ilə bağlı son məlumatları açıqlayıb.

Nazir ümumilikdə 16 təyyarə, 9 İHA, 45 vertolyot, 6 idarə vertolyotu, 1 pilotsuz vertolyot, 708 su çiləyicisi, 120 tikinti texnikası və 4800 şəxsi heyətlə meşə yanğınları ilə mübarizə apardıqlarını qeyd edib.

Son dəqiqələrdə əldə edilən məlumata görə, Muğla bölgəsindəki 6 məhəllə təhlükəsizlik məqsədi ilə boşaldılıb, Antalya və Muğla şəhərində 13 təyyarə bu işə cəlb edilib.

Son 6 gündə 35 əyalətdə meydana gələn 130 meşə yanğını nəzarət altına alınıb.


Oxunma sayı: 6722

Oxşar yazılar