Türkiyədəki yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb

  • 20:58 - 01 Avqust

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.
Avropa.info xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.
Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.


Oxunma sayı: 2795

Oxşar yazılar