Konyada bir ailənin 7 üzvü qətlə yetirildi, PKK-nın siyasi qolu HDP-dən "türk-kürd" provokasiyası- Soylu hadisənin ƏSL SƏBƏBİNİ AÇIQLADI (FOTO)

  • 02:38 - 31 İyul

Türkiyənin Konya şəhərinin Meram rayonunda bir evə silahlı hücumda, eyni ailədən 3 qadın və 4 kişi olmaqla 7 nəfər qətlə yetirilib.

Avropa.info xəbər verir ki, ailə qətliamının səbəbinin 10 il əvvəl baş verən və sonra da davam edən iki ailə arasındakı düşmənçilikdən qaynaqlandığı məlum olub.

İlkin məlumata görə, evdəki insanlar silahla vurularaq öldürülüb. Hadisədən sonra yandırıldığı bildirilən ev yanğınsöndürənlər tərəfindən söndürülüb. Ölənlərin adları Yaşar, Barış, Serap, Serpil, İpək, Metin və Sibel Dədəoğullarıdır.

Foto - Meram'ın Hasanköy Mahallesi Enbiya Sokak'ta bir evde 7 kişinin ölü bulunduğu ihbarı üzerine bölgeye çok sayıda sağlık ve polis ekibi sevk edildi. Kısa sürede olay yerine gelen polis ekipleri, çevrede güvenlik önlemi aldı. Eve giren sağlık ekipleri ise, 7 kişinin de yaşamını yitirdiğini belirledi.

7 nəfərin öldüyü olayın səbəbi 10 il əvvəl baş verən bir hadisəyə əsaslanır. Qonşu olan iki ailə dəfələrlə bir-birinə hücum etmiş və məhkəmə prosesləri yaşayıblar. Polis hadisəni tərədən şəxslərin axtarışına başlayıb.

Hadisədən dərhal sonra, PKK terror təşkilatının siyasi qolu HDP hadisənin "türk-kürd qarşıdurması" kimi qələmə verməyə çalışıb. HDP-nin trol şəbəkələri sosial media üzərindən provokasiya dolu çağırışlar ediblər. 

Jurnalistlərə açıqlama verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu HDP-nin başlatdığı bu provokasiyaya sərt təpki göstərib.

Son dakika haberi... Konya'daki katliamda flaş gelişmeler! Evi basıp 6  kişiyi öldürdüler

"Hə hadisə istismar edildiyi kimi Konyadakı bu qətliam, bu mənfur hücum da istismar edilməyə, siyasiləşdirilməyə çalışılmaqdadır. Bunun türk-kürdlə hər hansı bir əlaqəsi yoxdur. Hadisəni belə qiymətləndirmək bu ailə dramı qədər təhlükəlidir. Hadisəni belə qiymətləndirmək bu ailə dramı qədər qınanılacaq bir alçaqlıqdır. Bu ölkənin qardaşlığını kimsə pozmağa çalışmasın. 

Bəzi sosial media hesabları bu ölkəni bir-birinə düşürməyə çalışır və içəridən, eyni zamanda xaricdən biriləri buna dəstək verirlər. Bu istismarı etməyə çalışanların pis niyyətləri məlumdur. Hadisə 2010-cu ildən davam edən iki ailə arasındakı düşmənçiliyin nəticəsidir. 4-5 ay öncə iki ailə məhkəməlik olub. Ondan öncə də çoxlu sayda məhkəmə prosesləri olub", deyə Soylu qeyd edib. 

Avropa.info

Foto - SİLAHLA VURULARAK ÖLDÜRÜLMÜŞLER - İlk bilgilere göre, evdeki kişilerin silahla vurularak öldürüldüğü anlaşıldı. Olayın ardından ateşe verildiği belirtilen evdeki yangın, itfaiye ekiplerince söndürüldü. Ölenlerin isimlerinin Yaşar, Barış, Serap, Serpil, İpek, Metin ve Sibel Dedeoğulları olduğu kaydedildi.

Oxunma sayı: 7129

Oxşar yazılar