Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO

  • 10:52 - 30 İyul

Türkiyədə dəhşətli meşə yanğınları davam edir.

Avropa.info xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş, Kocaeli, Kastamonu, Sakarya, İstanbul, Hatay, Bursa, İzmir, Diyarbəkir və Karaman vilayətlərində qeydə alınıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli açıqlayıb ki, Türkiyədə 42 yanğın nəzarət altına alınıb, Antalya, Mersin və Adananın yer aldığı 21 yerdə isə yanğın davam edir.

Ölkədə bir neçə şəhərdə davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər həyatını itirib və yüzlərlə evə ziyan dəyib.

Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb. Məlumata görə, onlar Suriya əsilli 2 qardaşdır.


Oxunma sayı: 2531

Oxşar yazılar