"Yanğınsöndürmə təyyarəmiz sabah Türkiyəyə uçacaq, çətin zamanda türk xalqı ilə bir yerdə olacağıq"- Zeleniskidən Türkiyəyə DƏSTƏK MESAJI

  • 01:48 - 30 İyul

"Yanğınsöndürmə təyyarəmiz sabah Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə bir yerdə olacaq."

Avropa.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zeleniski Türkiyənin Antaliya bölgəsinin Manavqat səmtində meşə sahəsindən başlayan və yaşayış sahələrinə sıçrayan yanğına münasibət bildirərkən deyib. Zeleniski Tvitterdə etdiyi paylaşımda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verib. 

"Böyük yanğınlarla əlaqədar dostum Prezident Rəcəb Tayyib Ərdoğana səmimi başsağlığımı çatdırdım. Yanğınsöndürən təyyarəmiz sabah Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin zamanda dost Türkiyə xalqı ilə bir yerdə olacaq", deyə Zeleniski qeyd edib.

Avropa.info


Oxunma sayı: 6898

Oxşar yazılar