Şəhidin bank kartından 4000 manat oğurlayan tutuldu

  • 15:59 - 28 İyul

İyulun 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


Oxunma sayı: 4764

Oxşar yazılar