Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq

  • 14:10 - 25 İyul

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

Avropa.info xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Bildirilir ki, M.Şentop həmçinin Şuşa və Füzuliyə də səfər edəcək.


Oxunma sayı: 3268

Oxşar yazılar