Prezident İlham Əliyev Naftalan hava limanı ilə tanış olub

  • 17:42 - 22 İyul

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

Avropa.info xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.


Oxunma sayı: 4940

Oxşar yazılar