Köhnə çörək zavodunun həyətində yanmış kişi meyiti tapıldı

  • 16:01 - 22 İyul

Şirvanda yanmış kişi meyiti tapılıb.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində yerləşən köhnə çörək zavodunun həyətində yanmış halda kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

İlkin məlumata görə, həmin şəxsi yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində yandığı bildirilir.

Meyit müayinə olunması və şəxsiyətinin dəqiqləşdirilməsi  üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 1266

Oxşar yazılar