Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib - VİDEO

  • 15:46 - 22 İyul

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

“Seat” markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.


Oxunma sayı: 1233

Oxşar yazılar