Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb

  • 20:48 - 21 İyul

Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

Trend-in məlumatına görə, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.

Mütəxəssislər hesab edir ki, buzlaqlar əridikcə bu cür viruslar aşkar olunmaqda davam edəcək.


Oxunma sayı: 1288

Oxşar yazılar