Somalidə göyərtəsində 45 sərnişin olan təyyarə qəzaya uğrayıb

  • 16:37 - 21 İyul

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə bu gün “Goobjoog News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda, Qedo rayonunda yerləşən “El-Vak” hava limanında baş verib.

Təyyarənin göyərtəsində 45 sərnişinin olduğu bildirilib.

Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.(apa) 


Oxunma sayı: 2366

Oxşar yazılar