Lənkəranda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb

  • 15:29 - 21 İyul

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

  •  

Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb. 13 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimələnib.


Oxunma sayı: 1310

Oxşar yazılar