Çində daşqınlar 100 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu

  • 11:15 - 21 İyul

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 100 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.

Baş verən daşqın şəhər tarixindəki ən güclü təbii fəlakətlərdən biridir.

Xilasetmə işlərinə təxminən 2 min hərbçisi, 6.8 min xilasedici və 1,4 min ədəd texnika cəlb olunub. Daha əvvəl hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Çjenjou şəhərinin əhalisi təxminən 12,6 milyon nəfər təşkil edir.(trend) 


Oxunma sayı: 1343

Oxşar yazılar