Ərdoğanın Kipr ziyarətinin əks-sədaları davam edir!- Maraş açılımı Yunanıstanı dəli etdi... (FOTO)

  • 01:01 - 21 İyul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cumhuriyyətinə səfəri zamanı Maraşla bağlı edilən açıqlamalar yunan mediasının hiddətinə səbəb olub.
 

Avropa.info xəbər verir ki, Maraşın hərbi statusunun ləğvinin "təxribat" olacağını iddia edən yunan mətbuatı, Ərdoğanın bu qərarı məmnuniyyətlə qarşıladığını yazıb.

Şimali Kipr Türk Cümhuriyyətinə səfər edən Ərdoğan, 46 il sonra yenidən açılan Qapalı Maraşla əlaqədar atılacaq addımlardan bəhs edib.

Maraşda həyatın yenidən başlayacağını söyləyən Ərdoğan, bölgədə mülkiyyət hüquqlarına hörmət ediləcəyini və yeni dövrün hər kəsə fayda gətirəcəyini deyib.

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar da Maraşın hərbi bölgə statusunun ləğv ediləcəyi və həyatın bərpa olunacağını bildirib. Tatarın bu açıqlamaları yunan mediaslında narahatlıqla qarşılanıb.

Yunanıstanın "Ethnos" qəzeti hesabatında Tatarın müvafiq açıqlamalarına istinad edərək, açıqlamanın "təxribat" olduğunu iddia edib.Tatarın bu açıqlamasının Ərdoğan tərəfindən məmmuniyyətlə qarşılandığı da qeyd edilib.

Xəbərdə Ərdoğanın "Artıq Şimal, Cənub demək istəmirik. Artıq Kiprli Türklər deyirik." ifadələrinə də yer verilib.

"Kathimerini" qəzeti də Ərdoğanın Maraşın açılması ilə bağlı fikirlərinə yer verib. Xəbərdə Ərdoğan, "Bu gün nə qədər Türk düşməni varsa, Mitsotakislə bərabər Amerikada, bəlkə də video konfrans vasitəsi ilə bizə verməyə calışacaqlar. Buyursunlar cavab versinlər" ifadələrinə də yer verilib. 

Avropa.info


Oxunma sayı: 4709

Oxşar yazılar