Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tudu - SON DƏQİQƏ!

  • 21:37 - 19 İyul


İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Oxunma sayı: 2718

Oxşar yazılar