Mingəçevirdə heroin və metamfetamin satan şəxs tutularaq istintaqa cəlb olunub

  • 18:34 - 19 İyul

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya bildiriblər ki, satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov keçirilən əməliyyat zamanı saxlanılıb. Axtarış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “WhatsApp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Belə ki, İran vətəndaşı N.Əmirova göndərdiyi bank hesabına pul yükləndikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu ona göndərib. Araşdırma zamanı şübhəli şəxsin iki ay əvvəl başqa bir Mingəçevir sakininə metamfetamin (patı) satdığı da müəyyən edilib.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

 


Oxunma sayı: 3499

Oxşar yazılar