Dünyanı sarsından sui-qəsddən sonra ABŞ bölgəyə əsgər göndərəcəkmi? - Bayden açıqladı

  • 16:19 - 16 İyul

ABŞ prezidenti Co Bayden  Almaniya kansleri Angela Merkel ilə ortaq bir mətbuat konfransında Haitidədövlət başçısı Jovenel Moisenin öldürülməsindən sonra baş verənləri dəyərləndirib. 

Avropa.info xəbər verir ki, Bayden açıqlamasında ABŞ Dəniz Piyadalarını Port-a-Prensdəki ABŞ səfirliyinə göndərmə qərarının, oradakı personalın təhlükəsiz olmasına və hər şeyin rahat işlədiyinə əmin olmaq üçün verildiyini söyləyib. 

"Amerika qoşunlarının Haitiyə göndərilməsi məsələsi hazırda gündəmdə deyil",-deyə Bayden bildirib. 

Qeyd edək ki, Vaşinqtonun Haitiyə qoşun göndərməsi tələbi 9 iyulda ölkənin müvəqqəti Baş naziri Claude Joseph tərəfindən verilmişdi. 

Bununla birlikdə, ABŞ Moise sui-qəsdinin istintaqında yardım üçün FTB və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bir neçə səlahiyyətlisini göndərib və Haiti Milli Polisinə (PNH) 5 milyon dollar əlavə maliyyə ayırmışdı. 

Digər tərəfdən, Moise sui-qəsdi ilə əlaqədar həbs edilən bəzi Kolumbiya əsgərlərinin ABŞ-da təhsil aldığı müəyyən olunub.


Oxunma sayı: 2916

Oxşar yazılar