Türkiyə Ordusundan anti-terror əməliyyatı: 7 PKK/YPG terrorçusu məhv edildi

  • 16:00 - 16 İyul

Türkiyənin Milli Müdafiə Nazirliyi anti-terror əməliyyatları ilə bağlı yeni açıqlama yayıb.

Avropa.info xəbər verir ki, açıqlamaya görə, "Fərat Qalxanı" bölgəsində 7 PKK/YPG terrorçusu məhv edilib.

"Fərat Qalxanı" bölgəsində Başilhaya hərbi hissəyə atəş açan terrorçulara cavab atəşi açan Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu məhv edib.

Atəş açan 7 terrorçunun məhv edildiyini Milli Müdafiə Nazirliyi "Tvitter" hesabından paylaşıb.

Tel Rıfat bölgəsində məhv edilən terrorçulardan 3-nün Qəndil düşərgəsindən olduğu bildirilib.


Oxunma sayı: 3290

Oxşar yazılar