İki ölkədə böyük kabus: Ölənlərin sayı 90-a çatdı - FOTO

  • 11:21 - 16 İyul

Almaniyanın müxtəlif əyalətlərində sel daşqınları səbəbindən binalar çöküb. Fəlakət zamanı 81 nəfər ölüb, çox sayda insanın itkin düşdüyü bildirilib. Avropa.info xəbər verir ki, Belçikada da sel daşqınları nəticəsində 9 nəfər ölüb.

Almaniya dövlət televiziyası şiddətli yağışla müşayiət olunan sel səbəbindən 6 binanın çökdüyü xəbər verilib.

Axtarış-xilasetmə işləri çərçivəsində bəzi bölgələrdə ordudan da yardım istənilib.

Almaniya hökuməti insanları evlərindən çıxmamağa çağırıb.

Meteoroloqlar baş verənləri "tarixin ən bahalı yağmuru" adlandırıb, minlərlə evi su basıb. Altena qəsəbəsi və digər bir bölgədə iki yanğınsöndürmə əməkdaşı və bir polis boğularaq ölüb.

Vulkaneifel əyalətində fövqəladə vəziyyət elan olunub.

 

 

 

 

 


Oxunma sayı: 2938

Oxşar yazılar