“Azərbaycan Sənaye Korporasiyası”nın şirkətinə yeni direktor təyin edilib

  • 21:30 - 13 İyul

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Xidmət” MMC-nin direktoru Elşad Allahverdiyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Cabir Əsgərova həvalə olunub.

Xatırladaq ki, “ASK Xidmət” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34 210 manatdır. Şirkət ASK-nın mülkiyyətində olan dövlət əmlaklarını (“ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “AMAY” Ticarət Mərkəzi və s.) idarə edir.


Oxunma sayı: 4016

Oxşar yazılar